Bakı – APA. Suriyanın Hələb şəhərində minaatanlardan açılan atəş nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, mərmilər seçki dairəsinin yerləşdiyi tələbə şəhərciyinə və Meysalun meydanı yaxınlığına düşüb.
Bundan əvvəl, silahlı müxalifətin yaraqlıları Hələbin Həmdəniyə məhəlləsini atəşə tutublar. Nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.