Bakı-APA. İndoneziyanın şərqində 5,0 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sumba adasından 33 km şimal-qərbdə, ocağı isə 69 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.