Bank Of Baku

İran-Pakistan sərhədində terror aktı törədilib, 30 nəfər ölüb

İran-Pakistan sərhədində terror aktı törədilib, 30 nəfər ölüb
# 09 iyun 2014 11:59 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran-Pakistan sərhədində terror aktı törədilib.

 

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə Pakistanın cənub-qərbindəki Bəluçistan vilayətinə bağlı Taftan şəhərində baş verib.

 

İrandan ziyarətdən qayıdan zəvvarları daşıyan iki avtobus yolda hücuma məruz qalıb. Nəticədə 30 nəfər ölüb, 20 nəfər yaralanıb. Onların arasında qadınlar və uşaqlar da var.  Ölənlər və xəsarət alanlar helikopterlərlə Küveytə rayonunun xəstəxanalarına qaldırılıblar. Hadisənin məsuliyyətini sünni bəluçların hüquqları uğrunda silahlı mübarizə aparan “Ceyş-ül-Ədl” silahlı qruplaşması öz üzərinə götürüb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR