Bank Of Baku

İran parlamentində “ABŞ-a ölüm!” şüarı səsləndirilib

İran parlamentində “ABŞ-a ölüm!” şüarı səsləndirilib
# 04 noyabr 2013 08:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran parlamentində “ABŞ-a ölüm!” şüarı səsləndirilib.

 

APA-nın İRNA-ya istinadən məlumatına görə, noyabrın 3-də İran parlamentinin sədr müavini Seyid Məhəmməd Həsən Əbuturabifərd ölkədə Ümumdünya İmperializmlə Mübarizə Günü kimi qeyd olunan 4 noyabrın mahiyyəti ilə bağlı çıxış edib. Vitse-spiker çıxışını tamamladıqdan sonra millət vəkilləri bir ağızdan “ABŞ-a ölüm!” şüarını səsləndiriblər.

 

Qeyd edək ki, 1979-cu il noyabrın 4-də isə ABŞ-ın İrandakı səfirliyi hücum nəticəsində tutulub və diplomatik korpusun əməkdaşları girov götürülüb. Bununla da İranla ABŞ arasında diplomatik əlaqələr tamamilə kəsilib. Həmin vaxtdan bəri hər il noyabrın 4-ü İranda Ümumdünya İmperializmlə Mübarizə Günü kimi qeyd olunur və ölkənin dörd bir tərəfində izdihamlı yürüşlər keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR