Bank Of Baku

İranda 3 nəfər edam edilib

İranda 3 nəfər edam edilib
# 11 iyun 2014 14:10 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 3 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, məhbuslar qətl və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər.

 

APA-nın İran mətbuatına istinadən xəbərinə görə, İranın Qəzvin vilayətində bir nəfər narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilərək edam edilib. Onun Qəzvin şəhərinin sakini, 33 yaşında və adının da Abbas olduğu açıqlanıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 10-da səhər saatlarında Qəzvin şəhərinin mərkəzi həbsxanasında (Çubindər) icra edilib.

 

Bundan əlavə, İranın Mazandaran vilayətində bir nəfər qətldə günahlandırılaraq dara çəkilib. Onun adının Məcid olduğu açıqlanıb və üç il əvvəl törətdiyi qətlə görə edam cəzasına məhkum edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 10-da səhər saatlarında Sari şəhərinin həbsxanasında icra edilib.

 

Eyni zamanda İranın Sistan və Bəlucistan vilayətində bir nəfər qətldə təqsirləndirilərək edam edilib. Məhbusun ad və soyadının dəqiqləşdirilməsi mümkün olmayıb. Onun 5 ildir həbsdə saxlanıldığı və polis əməkdaşını qətlə yetirdiyinə görə edam cəzasına məhkum edildiyi bildirilir. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 9-da səhər saatlarında Zahidan şəhərinin mərkəzi həbsxanasında icra edilib. Ancaq bununla bağlı İran rəsmi mətbuatı və müvafiq orqanları heç bir məlumat dərc etməyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR