Bank Of Baku

İranda avtomobil qəzasında 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb

İranda avtomobil qəzasında 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb
# 06 iyun 2014 10:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə iyunun 6-də Bakı vaxtı ilə səhər saat 03:30-da İranın Xorasan Rəzəvi vilayətində, Tərbətcam rayonunun 45 kilometrliyində, Xürrəmabad qəsəbəsində olub. İki minik avtomobilinin toqquşması nəticəsində biri qadın olmaqla 2 nəfər dünyasını dəyişib, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Tərbətcam rayonunun Səccadiyə xəstəxanasına çatdırılıblar. Onların arasında 5 yaşlı uşaq da var. Eyni zamanda xəsarət alanlardan iki nəfəri Məşhəd şəhərindəki xəstəxanalara göndərilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR