Bank Of Baku

İranda daha bir nəfər edam edilib

İranda daha bir nəfər edam edilib
# 22 iyul 2013 07:11 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranda bir nəfər edam edilib. APA-nın məlumatına görə, bu barədə Lorestan vilayətinin Polis İdarəsinin rəisi Sərdar Əlizadə bildirib. Onun sözlərinə görə, məhbus narkotik maddələrin daşınmasında və saxlanılmasında günahlandırılaraq dara çəkilib: “Bu məhbus 2013-cü l fevralın 20-də 1 ton 122 kiloqram tiryəklə tutulub. Burucerd şəhər ədliyyəsinin birinci şöbəsi tərəfindən edam cəzasına məhkum edilib və hökm İranın Ali Məhkəməsi tərəfindən də təsdiqlənib. Nəhayət, iyulun 20-də ölüm hökmü Xürrəmabad şəhərinin Parsilun həbsxanasında icra edilib”. Onun sözlərinə görə, Lorestan vilayətində silah alqı-satqısı ilə məşğul olan daha bir şəxs edam edilib. Ancaq S. Əlizadə bu ölüm hökmünün nə vaxt icra edildiyini açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR