Bakı. Real Cəfərli - APA. İranda mülki zəmində baş vermiş münaqişə böyük ailə faciəsinə səbəb olub.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə mayın 26-da Bakı vaxtı ilə saat 13:45-də İranın Xuzistan vilayətinin Ramhormoz rayonunda, Şəqayeq parkında olub.
İki ailə arasında mülki zəmində mübahisə baş verib. Hadisədə odlu silahdan istifadə edilməsi isə əsl faciəyə səbəb olub. Nəticədə hər iki ailədən birlikdə 7 nəfər ölüb. Bəzi xəbərlərdə münaqişənin torpaq üstündə baş verdiyi bildirilir.
Qeyd edək ki, Ramhormoz Xuzistan şəhərinin qərbində yerləşən və 150 min nəfər əhalisi olan rayondur.