Bank Of Baku

İranda qar həyatı iflic edib - FOTOSESSİYA

İranda qar həyatı iflic edib - <span style="color: red;">FOTOSESSİYA
# 03 fevral 2014 08:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda qar və sərt soyuqlar ölkənin 13 vilayətində həyatı iflic edib.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, Həmədan, Sistan və Bəlucistan, İsfahan, Xorasan-e Rəzəvi, Xorasan-e Şimali, Gilan, Mərkəzi, Şərqi Azərbaycan, Ərdəbil, Gülüstan, Zəncan, Qum və Mazandaran vilayətlərinin əksər şəhərlərində güclü yağıntılar səbəbindən məktəblər bağlanıb, dərslər təxirə salınıb.

 

Qum vilayətində havanın kəskin soyuq olması fevralın 2-də ibtidai məktəblərin bağlanmasına səbəb olsa da, Tehran vilayətindəki heç bir məktəbin bağlanmasına gətirib çıxarmayıb. Lakin Tehranın Səədabad Sarayında işlər tətil edilib. Bundan əlavə, Mazandaran vilayətinin qərbində güclü qar yağması və şaxta səbəbindən bəzi kommunikasiya xətlərinə, xüsusilə elektrik enerjisi və təbii qaz xətlərinə ziyan dəyib və bu da ərazidə yaşayan bir sıra insanlara problemlər yaradıb. Bundan əlavə, Mazandaran vilayətinin şimalında yerləşən şəhərlərə yarım metr hündürlüyündə qar yağıb. Bu da yollarda hərəkəti mümkünsüz hala gətirib.

 

Hərəkətin çətinliyi yalnız Mazandaran vilayəti ilə məhdudlaşmır, İrana 5 giriş-çıxış da bağlanıb. Artıq Mazandaran vilayətində böhran mərkəzi yaradılıb. Eyni zamanda ötən 24 saat ərzində yolda qalan bir çox sərnişinlər İran Qızıl Aypara Cəmiyyətinin işçiləri tərəfindən xilas edilib. İranda qarın fevralın 3-4-də yağmağa davam edəcəyi və soyuq hava şəraitinin bütün ölkəyə hakim olacağı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR