Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.
Səfirin sözlərinə görə, tərəflər arasında danışıqlar uğursuzluğa düçar olsa, dünya buna görə İsraili günahlandıracaq, bu ölkə izolyasiya ilə üzləşəcək.
“İsrailin Fələstinə qarşı tətbiq etdiyi blokada Fələstin iqtisadiyyatını çətin vəziyyətə salıb. 2007-ci ildən bəri Qəzza zolağında yaşayan 1.7 milyon insanın İsrail tərəfindən blokadaya alınması nəticəsində bir çox şirkət bankrot olub”, - deyə diplomat vurğulayıb.