Bank Of Baku

İranlı deputat: “ABŞ və Böyük Britaniya həyata keçirdikləri siyasət nüvə müzakirələrinin müsbət nəticələnməsinə əngəl törədir”

İranlı deputat: “ABŞ və Böyük Britaniya həyata keçirdikləri siyasət nüvə müzakirələrinin müsbət nəticələnməsinə əngəl törədir”
# 21 iyul 2013 02:25 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “ABŞ və Böyük Britaniya həyata keçirdikləri siyasət nüvə müzakirələrinin müsbət nəticələnməsinə əngəl törədir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Hüseyn Nəqəvi Hüseyni bildirib. 

Onun sözlərinə görə, Böyük Britaniyanın keçmiş xarici işlər naziri Cek Strounun Tehrana səfər etməsində əsl məqsəd “altılıq” ölkələrilə İran arasındakı nüvə müzakirələrinin müsbət zəmində davam etməsi üçün uyğun mühit hazırlamaqdır: “Ancaq C.Strounun İrana səfəri hər hansı bir problemi həll edə bilməyəcək. Sabiq nazir Tehrana səfər edəcəyinə öz hökumətini və ABŞ-ı beynəlxalq qanunlara uyğun addım atmaları üçün razı salması lazımdır. Çünki əsl problemi İran deyil, Böyük Britaniya və ABŞ yaradır”. 
N. Hüseyni deyib ki, İran hər zaman danışıqların tərəfdarıdır və bununla bağlı konstruktiv təkliflər irəli sürür: “İran bütün dünya ölkələrilə sülhsevər və diplomatik əlaqələrin tərəfdarıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR