Bakı – APA. Bağdadda silsilə partlayışlar nəticəsində 9 nəfər ölüb, onlarla adam yaralanıb.
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, İraq paytaxtında 6 partlayış hadisəsi olub.
Bomba qoyulmuş avtomobillər şəhərin müxtəlif yerlərində partlayıb.
***
14:05
Bakı – APA. Bu gün Bağdadda bir neçə partlayış baş verib.
APA-nın “As-Sumariya” telekanalına istinadən verdiyi məlumata görə, İraq paytaxtının əl-Kadhimiya və Kəradə rayonlarında bomba qoyulmuş 4 avtomobil partlayıb.
Polis nümayəndələri bildiriblər ki, partlayışlar nəticəsində onlarla adam yaralanıb.