Bank Of Baku

İraq xarici işlər naziri: Mosul bir ay ərzində azad ediləcək

İraq xarici işlər naziri: Mosul bir ay ərzində azad ediləcək
# 22 yanvar 2017 12:36 (UTC +04:00)

İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatından azad edilməsi əməliyyatı bir ay ərzində başa çatacaq.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Beyrutda Livan prezidenti Mişel Aun ilə görüşdən sonra İraq xarici işlər naziri İbrahim əl-Cəfəri bildirib.

 

İraq xarici işlər naziri İraqın İŞİD terrorçularından tam azad ediləcəyi günün yaxınlaşdığını vurğulayıb.

 

Qeyd edək ki, Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatına keçən il oktyabrın 17-də başlanıb. İndiyə qədər Mosulun şərq hissəsi terrorçulardan təmizlənib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR