Bank Of Baku

İraqda İŞİD-in səhra komandiri məhv edilib

İraqda İŞİD-in səhra  komandiri məhv edilib
# 30 yanvar 2017 20:01 (UTC +04:00)

İraqda İŞİD terror qruplaşmasının səhra komandirlərindən biri məhv edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Əbu Səyyaf ləqəbli səhra komandiri terrorçuların törətdiyi kütləvi qırğınların təşkilatçısı kimi tanınıb,  silahlıların yaydıqları videogörüntülərdə yer alıb.

 

Məlumata görə, Əbu Səyyaf İraqın Naynava əyalətində İŞİD qüvvələrinə rəhbərlik edib.

 

Qeyd edək ki, oktyabrın 17-də Naynava əyalətinin inzibati mərkəzi olan  Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR