Bank Of Baku

İraqda terrorçular Kərkük, Salahəddin əyalətlərinin qismən, Naynava əyalətini isə bütünlüklə ələ keçiriblər

İraqda terrorçular Kərkük, Salahəddin əyalətlərinin qismən, Naynava əyalətini isə bütünlüklə ələ keçiriblər
# 11 iyun 2014 04:40 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə İraq polisinin açıqlamasında bildirilib.  

 

Bundan bir az əvvəl isə silahlı  ekstremist dəstələr İraqın şimalındakı Salahəddin əyalətinin də bir hissəsini ələ keçiriblər. “Frans Pres”in məlumatına görə, bu barədə İraq ordusunun generalı bildirib.   

 

Bundan başqa, iyunun 10-da Suriyadakı döyüşlərdə fəal iştirak edən "İraq Şam İslam Dövləti" ekstremist qruplaşmasının silahlıları İraqın şimalında Naynava əyalətini və bölgənin inzibati mərkəzi olan Mosul şəhərini ələ keçiriblər.

 

Xatırladaq ki, bu ilin yanvar ayından Əl-Fəluca şəhəri ekstremistlərin nəzarətindədir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR