APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 14 nəfər ölüb, 58 nəfər xəsarət alıb.
Avtomobil xəstəxanadan 20 metr aralıda yerləşən kafenin qarşısında partladılıb.
Hələlik terror aktına görə məsuliyyəti heç kim üzərinə götürməyib.
Yerli polisin qənaətinə görə, partlayışın arxasında “Əl Qaidə” beynəlxalq terror təşkilatı ilə əlaqəli olan və əsasən Suriyada döyüşlərdə iştirak edən “İraq və Levantedə İslam Dövləti” (Islamic State of Iraq and the Levant, ISIL) qruplaşması durur.