Bank Of Baku

İraqın baş naziri: “İŞİD liderinin demək olar ki, bütün ətrafı məhv edilib”

İraqın baş naziri: “İŞİD liderinin demək olar ki,  bütün ətrafı məhv edilib”
# 08 fevral 2017 00:02 (UTC +04:00)

Beynəlxalq koalisiya qüvvələri  İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin demək olar ki,  bütün ətrafını məhv edib. APA-nın xəbərinə görə, bunu  “France24” telekanalına müsahibəsində İraqın baş naziri Heydər əl-Abadi bildirib.

 

Bundan əvvəl telekanal baş nazirə istinadən əl-Bağdadinin yerinin müəyyənləşdirildiyini və onun mühasirəyə alındığını bildirib.  

 

“O, daha heç kimə etibar etmir, o təcrid olunub, biz bütün hərəkətlərini izləyirik. O, demək olar ki, digər terrorçularla əlaqə saxlamır,  əlaqə saxlamaq üçün onun kanalları da, demək olar ki, yoxdur”, - deyə baş nazir bildirib. Lakin o, İŞİD liderinin konkret yerini açıqlamayıb.  

 

Dekabrın ortalarında əl-Bağdadinin Mosulda yeraltı bunkerdə gizləndiyi bildirilmişdi.

 

Qeyd edək ki, ABŞ onun yeri ilə bağlı dəqiq informasiyaya görə 25 mln. dollar mukafat vəd edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR