Bank Of Baku

Mahmud Əhmədinejad İraqda rəsmi səfərdədir

Mahmud Əhmədinejad İraqda rəsmi səfərdədir
# 19 iyul 2013 07:37 (UTC +04:00)

APA-nın İRİB-ə istinadən məlumatına görə, İran prezidentini Bağdad beynəlxalq hava limanında İraqın vitse-prezidenti qarşılayıb.

 

M.Əhmədinejad jurnalistlərə açıqlamasında bildirib ki, bu gün İran-İraq əlaqələri inkişaf edir: “İranla İraq arasında tarixi, dini, mədəni və ortaq dünyagörüşü var. Bu gün hər iki ölkənin milyonlarla vətəndaşı qarşılıqlı olaraq səfərlər edirlər. İki ölkənin xalqı arasında çox gözəl dini bağlar var. İraqın təhlükəsizliyi və inkişafı İranın təhlükəsizliyi və inkişafıdır. Bu gün iki ölkə ortaq düşmənlərə və ortaq mənafelərə malikdir. İranla İraq arasında əməkdaşlıq getdikcə inkişaf edir. İraq rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi kimi  bir çox mövzuda fikir mübadiləsi aparacağıq”.

 

Qeyd edək ki, iyulun 18-də reallaşan səfər iki gün davam edəcək. M. Əhmədinejad səfər çərçivəsində İraqın baş naziri Nuri əl-Maliki, vitse-prezident Xəzir əl-Xəzai və bu ölkənin digər rəsmiləri ilə görüşəcək. Görüşdə ikitərəfli əlaqələr, regionda və dünyada baş verən hadisələr müzakirə ediləcək. İran prezidenti səfər çərçivəsində həmçinin müqəddəs yerləri ziyarət etmək məqsədilə Kazımeyn, Kərbəla və Nəcəfə də gedəcək. Ümumiyyətlə, M.Əhmədinejadın İraqa səfərinin tarixinin müəyyənləşdirilməsinə baxmayaraq, bu ölkənin prezidenti Calal Tələbaninin xəstələnməsi səbəbindən təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR