Bank Of Baku

Pakistan talibləri Molla Fəzlullanı yeni lider seçiblər

Pakistan talibləri Molla Fəzlullanı yeni lider seçiblər
# 07 noyabr 2013 22:57 (UTC +04:00)

Bakı-APA. Pakistandakı “Taliban” hərəkatının rəhbərliyi Molla Fəzlullanı özünə yeni lider seçib. Xatırladaq ki, məhz Molla Fəzlullanın tərəfdarları pakistanlı məktəbli və hüquq müdafiəçisi Malala Yusufzayı öldürməyə cəhd etmişdilər.

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Molla Fəzlulla bir neçə gün əvvəl ABŞ-ın pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürülən Pakistan taliblərinin lideri Həkimulla Məhsudu əvəz edəcək.     

 

Qeyd edək ki, Molla Fəzlulla çoxsaylı radio çıxışlarına görə “Molla FM” adı ilə də tanınır.  

 

Malala Yusufzay öz məqalələrində məhz  Molla Fəzlullanın dəstəsinin nəzarəti altında olan Svat vadisindən bəhs edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR