Bank Of Baku

Pakistanda terror aktı nəticəsində azı 8 nəfər ölüb

Pakistanda terror aktı nəticəsində azı 8 nəfər ölüb
# 04 fevral 2014 19:07 (UTC +04:00)

Bakı-APA. Pakistanın Peşəvər şəhərində bu gün otelin qarşısında baş vermiş partlayış nəticəsində azı 8 nəfər ölüb, 30-dək insan  yaralanıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlər arasında qadınlar və uşaqlar da var. Hadisə yerində polis araşdırma aparır. İlkin məlumata görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.   

 

Hələlik heç bir təşkilat partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR