Bank Of Baku

Staffan de Mistura: “Astanada qazanılan uğur Suriyanın uğuru olacaq”

Staffan de Mistura: “Astanada qazanılan uğur Suriyanın uğuru olacaq”
# 23 yanvar 2017 17:04 (UTC +04:00)

Astanada qazanılan uğur Suriyanın uğuru olacaq.

 

APA-nın məlumatına görə, bu sözləri BMT Baş Katibinin  Suriya münaqişəsi  üzrə xüsusi  elçisi Stefan de  Mistura  Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya münaqişəsinə  dair beynəlxalq  görüş zamanı  deyib.

 

“BMT Baş katibi Antonio  Quterreşin  mənə verdiyi göstərişlər  belədir: suriyalılara və sülhə zəmanət  verən tərəflərə burada  yardımçı  olmaq. Çünki Astanada qazanılan uğur Suriyanın uğuru deməkdir. Belə olduğu təqdirdə  Cenevrədə  effektiv Suriya daxili danışıqların yenidən başlamasına daha yaxşı  imkan yaranacaq”

 

Qeyd edək ki,  Astanada keçirilən danışıqlarda Suriyanın hökumət və müxalifət nümayəndələri, habelə Rusiya, Türkiyə, İran və ABŞ təmsilçiləri, eləcə də BMT-nin münaqişə üzrə xüsusi elçisi iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR