Bank Of Baku

Steffan de Mistura: “Suriya hökuməti danışıqlarda güzəştlər barədə ciddi düşünməlidir”

Steffan de Mistura: “Suriya hökuməti danışıqlarda güzəştlər barədə ciddi düşünməlidir”
# 01 fevral 2017 15:18 (UTC +04:00)

Suriya münaqişəsinə dair Cenevrə danışıqları fevralın 20-dək təxirə salınıb.

 

APA-nın məlumatına görə, bunu BMT baş katibin xüsusi nümayəndəsi Steffan de Mistura BMT Təhlükəsizlik Şurasında keçirilən brifinqdə deyib. 
 

“İlk növbədə, Astanada irəli sürülən təşəbbüsün reallaşmasını və atəşkəs rejiminin sabit xarakter almasını istəyirik. İkincisi, hökuməti təmsil edən nümayəndə heyəti gərək zəruri güzəştlər  barədə ciddi düşünsün və müzakirələrə hazırlaşsın. Daim dəyişən vəziyyəti nəzərə alaraq, müxalifətin danışıqlarda səsləndirəcək vahid mövqe formalaşdırmağa imkanı olacaq”, - deyə o vurğulayıb.
 

Steffan de Misturanın sözlərinə görə, müxalifət vahid nümayəndə  heyətini müəyyənləşdirməsə, səlahiyyətləri çərçivəsində silahlı qruplaşmalardan olan nümayəndələri danışıqlarda iştirak üçün seçəcək. Danışıqların gündəliyinə gəldikdə isə BMT Baş katibinin xüsusi elçisi bildirib ki, bunlar dövlətin idarə edilməsi, konstitusiya və seçkilərlə bağlı məsələlərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR