Bakı-APA. Sudana məxsus An-12 təyyarəsi Səudiyyə Ərəbistanında qəza enişi edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarə Səudiyyə Ərəbistanının cənub-qərbindəki Əl-Baha aeroportuna enib.
Sudanın paytaxtı Xartuma uçan təyyarənin göyərtəsində 10 ekipaj üzvü olub. İlkin məlumata görə, təyyarə mühərrikində yaranan problemlə əlaqədar qəza enişi edib. Hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.
Xatırladaq ki, apreldə Sudanda An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində 5 ekipaj üzvü ölüb.