Bank Of Baku

Suriya müxalifəti Bəşər Əsəd nümayəndələrinə öz təkliflərini təqdim edib

Suriya müxalifəti Bəşər Əsəd nümayəndələrinə öz təkliflərini təqdim edib
# 28 yanvar 2014 14:28 (UTC +04:00)

Bakı – APA. Cenevrə danışıqlarında Suriya müxalifətini təmsil edən nümayəndə heyəti Bəşər Əsəd təmsilçilərinə ölkədə davam edən münaqişənin həlli ilə bağlı öz təkliflərini təqdim edib. 

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Suriya müxalifətinin nümayəndəsi Luay Səfi deyib.

 

O bildirib ki, təkliflərdə Suriyada vətəndaş hüquqlarına hörmət edilməsi, ölkədə konfessiya təsirinin aradan qaldırılması, habelə yeni Suriyanın qurulmasının vacibliyi yer alıb.
 
L.Səfi müxalifətin indi hökumət nümayəndələrindən cavab gözlədiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR