Bakı-APA. Hələb şəhəri yaxınlığındakı elektrik-istilik stansiyasının partladılması nəticəsində Suriyanın bir hissəsi işıqsız qalıb. APA-nın SANA agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin ən böyük şəhəri olan Hələb və onun ətraf qəsəbələrinə elektrik enerjisinin verilməsi tamamilə dayandırılıb.
Hazırda Hələb şəhərinin mərkəzi hissəsi qumbaraatlanlardan atəşə tutulur.