Bakı-APA. Tailandın Saraburi əyalətindən yük maşını ilə toqquşan ikimərtəbəli avtobus yanıb. Hadisə nəticəsində 19 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb.
Frans Press-in məlumatına görə, avtoqəzada 3 maşın iştirak edib. Yük maşını qarşı hərəkət zolağına çıxaraq, paytaxt Banqkokdan Royetə şəhərinə gedən şəhərlərarası avtobusla toqquşub. Bundan sonra arxadan gələn pikap avtobusa dəyib. Qəza nəticəsində avtobus demək olar ki, tamamilə yanıb. Yük avtomobilinin sürücüsü həbs olunub.