Bank Of Baku

Türkiyə hərbi aviasiyası Suriyada PYD-YPG mövqelərini bombalayıb

Türkiyə hərbi aviasiyası Suriyada PYD-YPG mövqelərini bombalayıb
# 27 avqust 2016 11:16 (UTC +04:00)

Bakı – APA. Türkiyə ordusu bu gün Suriyadakı kürd qruplaşması PYD-nin silahlı qanadı YPG-nin Cerablus bölgəsinin Tilemarne kəndindəki mövqelərini uzaqvuran top və hərbi təyyarələr vasitəsilə bombardman edib.

 

APA-nın “Sputnik Türkiye” agentliyinə istinadən verdiyi məlumata görə, bunu YPG-nin daxil olduğu Suriya Demokratik Qüvvələrinin xarici əlaqələr üzrə nümayəndəsi Abdulaziz Yunus deyib. Hadisə bu gün səhər baş verib. Türkiyə Silahlı Qüvvələri “Fırtına” topları və hərbi təyyarələr vasitəsilə Cerablusun 8 km cənubunda yerləşən Tilemarne kəndinə zərbələr endirib. A. Yunus bombardman nəticəsində ölənlər və yaralananlar olduğunu bildirib.  

 

Xatırladaq ki, Türkiyə PYD və YPG-dən Fərat çayının qərb sahilindən geri çəkilməyi tələb edib. ABŞ da bu tələbi dəstəkləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR