Bank Of Baku

Urmiyada 5 nəfər edam edilib

Urmiyada 5 nəfər edam edilib
# 31 yanvar 2014 10:19 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Qərbi Azərbaycan vilayətində 5 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər.

 

Belə ki, ötən günlərdə 6 nəfər edam hökmlərinin icrası üçün Urmiya şəhərinin mərkəzi həbsxanasının təkadamlıq kamerasına köçürülüb və onlardan 5-i asılıb. Onların ad və soyadları da açıqlanıb. Bunlar Kərəm Rəsayi, Cavad Qəşəmzadə, Həmidislam Sekan, Rəşid Kəramət və Xəzər Ahusdur.

 

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 30-da səhər saatlarında Urmiya şəhərinin mərkəzi həbsxanasında (Dərya) icra olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR