Bank Of Baku

Xamenei: “Tramp ABŞ-ın gerçək mahiyyətini ortaya qoydu”

Xamenei: “Tramp ABŞ-ın gerçək mahiyyətini ortaya qoydu”
# 07 fevral 2017 12:06 (UTC +04:00)

“Tramp ABŞ-ın gerçək mahiyyətini ortaya qoydu”. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei İran Hərbi Hava Qüvvələrinin zabitləri ilə görüşü zamanı deyib.

 

“ABŞ-ın yeni prezidenti deyir ki, Obamaya təşəkkür edin. Nəyə görə? İrana qarşı sanksiyalar tətbiq etdiyinə ya İŞİD-ə görə? Bəlkə İraq və Suriyanı alovlandırdığına görə? Yoxsa 2009-cu il prezident seçkilərində fitnəkarları dəstəklədiyinə görə? Məhz Obama İran xalqını iflic etmək məqsədi ilə sanksiyaları tətbiq etdi. Əlbəttə ki, o, istəyinə çatmadı. Heç bir düşmən İran xalqını iflic edə bilməz”, - deyə o vurğulayıb. 

 
Xamenei Donald Trampın “İranlılar məndən qorxmalıdır” bəyanatına toxunaraq bildirib ki, İran xalqı heç bir təhdiddən qorxmur: “İran xalqı 22 bəhmən nümayişlərində (cümə günü-red.) bu təhdidlər qarşısında hansı mövqedə olduğunu göstərəcək. Bu yeni cənaba (Trampa) təşəkkür edirik! Ona görə ki, zəhmətimizi azaldıb, ABŞ-ın gerçək simasını ortaya qoyub. 38 ildir ABŞ hakimiyyətinin siyasi, iqtisadi, əxlaqi və ictimai pozğunluqları haqqında dediklərimizi bu cənab həm seçkilər dövründə, həm də seçkilərdən sonra açıq şəkildə göstərib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR