Bank Of Baku

Yaponiyada 470 min nəfərə tayfuna görə təxliyə olunmaq tövsiyə edilib

Yaponiyada 470 min nəfərə tayfuna görə təxliyə olunmaq tövsiyə edilib
# 31 avqust 2016 02:30 (UTC +04:00)

Bakı-APA.  Yaponiyada tüğyan edən “Layonrok” tayfununa görə 470 min nəfərə təxliyə olunmaq tövsiyə edilib. APA-nın “Kiodo” agentliyinə istinadən verdiyi xəbərə görə, təxliyə olunmaq tövsiyəsi Aomori, İvate və Miyaqi prefekturalarının sakinlərinə verilib.  

 

Meteoroloqlar tayfunun çox güclü olacağını proqnozlaşdırırlar. Belə ki, tayfunun mərkəzində təzyiq 965 qektopaskal, küləyin gücü isə saniyədə 35-50 metr təşkil edəcək.   

 

Güclü külək və leysan yağışlarla müşayiət olunan tayfun şimal-qərbə doğru saatda 40 km sürətlə hərəkət edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR