Bank Of Baku

Yaponiyada qocalar evinin 9 sakini “Layonrok” tayfununun qurbanı olub

Yaponiyada qocalar evinin 9 sakini “Layonrok” tayfununun  qurbanı olub
# 31 avqust 2016 04:41 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın İvaudzumi şəhərində (İvate prefekturasında)  “Layonrok” tayfununun  səbəb olduğu daşqın nəticəsində qocalar evinin 9 sakini ölüb.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, təqaüdçülərin ölümünün dəqiq səbəbi açıqlanmır. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

 

Qeyd edək ki, Yaponiyada tüğyan edən “Layonrok” tayfununa görə 470 min nəfərə təxliyə olunmaq tövsiyə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR