Bank Of Baku

Yaponiyanın baş naziri qasırğa səbəbindən səfərdən tez qayıdacaq

Yaponiyanın baş naziri qasırğa səbəbindən səfərdən tez qayıdacaq
# 28 avqust 2016 07:24 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın baş naziri Sindzo Abe qasırğa səbəbindən Keniyaya səfərini yarımçıq kəsmək niyyətindədir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, S. Abe Keniyada Afrikanın inkişafı üzrə VI Tokio Beynəlxalq Konfransında iştirak edir.

 

S. Abe Tokioya  öncədən planlaşdırılan müddətdən tez, avqustun 29-da qayıdacaq. Buna səbəb Yaponiya sahillərinə yaxınlaşan “Layonrok” qasırğasıdır. Baş nazir təbii fəlakətin nəticələrinin ləğv edilməsi əməliyyatının koordinasiyasında iştirak etmək niyyətindədir. Ancaq sinoptiklər hələ qasırğanın Yaponiya sahillərini vurub-vurmayacağını dəqiq proqnozlaşdıra bilmirlər. Bununla belə, sahil rayonlarının sakinlərinə qasırğa zamanı ən yaxınlıqdakı sığınacaqlara getmək tövsiyə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR