Bank Of Baku

Yəməndə terror aktı törədilib, 65 nəfər ölüb

Yəməndə terror aktı törədilib, 65 nəfər ölüb
# 29 avqust 2016 11:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Yəmənin Ədən şəhərində terror aktı baş verib.

 

APA-nın “Milliyyət”ə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadze partlayıcı qurğu olan avtomobili binaların birinin içinə sürüb.

 

Nəticədə ən az 65 nəfər ölüb. 60 nəfər isə xəstəxanalara yerləşdirilib. Səlahiyyətli şəxslər bildiriblər ki, dağıntılar altından ölən və yaralılar çıxarılır.

 

Hadisənin məsuliyyətini İŞİD öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR