İran Rusiyaya ballistik raketlər tədarük etməyib.
APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi "X” hesabında bildirib.
“Yenə də ABŞ-la “Avropa üçlüyü” (Almaniya, Fransa və Böyük Britaniya) səhv kəşfiyyat və qüsurlu məntiqlə hərəkət edir. İran Rusiyaya ballistik raketlər tədarük etməyib. Sanksiya aludəçiləri özlərinə sual verməlidirlər: İran necə müasir silahlar istehsal edə və sata bilər?
Sanksiyalar həll yolu deyil, problemin bir hissəsidir”, - XİN rəhbəri vurğulayıb.