Çin heç vaxt nə Rusiya Federasiyasına, nə də Ukraynaya silah tədarük etməyib.
APA-nın xəbərinə görə, bu barədə Çin hökumətinin Koreya yarımadası üzrə xüsusi nümayəndəsi Liu Şiaminq bildirib.
“Çin, bir daha vurğulayacağam, Ukrayna böhranının təhrikçisi və ya iştirakçısı deyil və heç vaxt Ukrayna münaqişəsinin tərəflərindən heç birinə silah verməyib”, - o deyib.
Eyni zamanda xüsusi nümayəndə qeyd edib ki, ABŞ-ın silah tədarükü məsələsində ÇXR-ə diktə etmək hüququ yoxdur.
O, Çinin müdafiə naziri Li Şanqfunun Rusiya Federasiyasına səfəri ilə bağlı Qərb mediasında dərc olunan yazıları şərh edərkən əlavə edib: “Biz ABŞ-ın heç bir məsləhət və şantajını qəbul etmirik”.