Bank Of Baku

Yaponiya daşqın və sürüşməyə görə 1,8 mln. insanı təxliyə edir

Yaponiya daşqın və sürüşməyə görə 1,8 mln. insanı təxliyə edir
# 14 avqust 2021 14:18 (UTC +04:00)

Yaponiyanın qərbində leysan yağışları sel və torpaq sürüşmələrinə səbəb olub. Artıq 1,8 mln. yerli sakin evakuasiya üçün səlahiyyətlilərdən tövsiyələr alıb. Ən azı bir adam ölüb, sinoptiklər havanın həftəsonu pisləşəcəyini gözləyirlər.

APA-nın məlumatına görə, bu barədə NHK xəbər verir.

Bildirilir ki, Gifu, Simane, Xirosima, Fukuoka, Saqa və Naqasaki prefekturalarında sürüşmə və daşqın təhlükəsi elan edilib. Sözügedən bölgələrdə beşinci – ən yüksək təhlükə səviyyəsi elan olunub.

Avqustun 14-də səhər saatlarında bəzi şəhərlərdə cəmi bir saat ərzində yağıntının miqdarı təxminən 40 mm olub. Saqa prefekturasında çay məcrasından çıxıb, bir neçə yaşayış məntəqəsi su altında qalıb.

Naqasaki prefekturasında torpaq sürüşməsi nəticəsində ən azı bir nəfər ölüb, daha iki nəfər itkin düşüb. Səlahiyyətlilər 1,2 mln. insanın təxliyə edilməsini tələb edib, daha sonra bu xəbərdarlıq 1,8 mln. insanı əhatə edib. Yaponiyanın Meteorologiya İdarəsi ölkəyə yağan yağışları "görünməmiş" adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR