Bank Of Baku

Yaponiyada keçirilən seçkilərdə hakim partiyanın namizədləri beş yerdən ikisini qazanıb

Yaponiyada keçirilən seçkilərdə hakim partiyanın namizədləri beş yerdən ikisini qazanıb
# 23 aprel 2023 19:53 (UTC +04:00)

Yaponiyanın hakim Liberal Demokrat Partiyasından (LDP) namizədlər bazar günü parlamentə keçirilən təkrar seçkilərin nəticələrinə görə bölüşdürülmüş beş parlament mandatından ən azı ikisini təmin ediblər.

APA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

LDP üzvləri Yamaquçinin qərb prefekturasında iki səsvermədə qalib gəlib. Eyni zamanda Vakayama ştatının qərb prefekturasında ən çox səsi Yaponiyanın Yenilənmə Cəmiyyəti partiyasının namizədi toplayıb. Onlar parlamentin aşağı palatasının üzvü olacaqlar.

Qeyd edək ki, LDP və Komeito partiyasının hakim koalisiyası parlamentin aşağı palatasında 465 yerdən 292-ni, yuxarı palatada isə 248 yerdən 145-ni tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR