Bank Of Baku

Yaponiyanın baş naziri ərəb ölkələrinə səfər edəcək

Yaponiyanın baş naziri ərəb ölkələrinə səfər edəcək
# 16 iyul 2023 07:00 (UTC +04:00)

Yaponiyanın baş naziri Fumio Kişida Yaxın Şərq ölkələrinə səfər edəcək.

APA "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, o, üç ölkəyə - Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər etməyi planlaşdırır.

Kişidanın səfərləri Avropa turu başa çatdıqdan dərhal sonra planlaşdırılıb. Hər üç ölkə enerji ticarəti məsələlərində Yaponiyanın mühüm tərəfdaşıdır.

Kişida Səudiyyə Ərəbistanında krallığın baş naziri və vəliəhd şahzadəsi Məhəmməd bin Salman, həmçinin Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim əl-Budeyve ilə görüşəcək.

Kşida Birləşmiş Ərəb Əmirliklərində prezident Mohammed bin Zayed Al Nahyan ilə görüşəcək və neft tədarükü məsələsini müzakirə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR