Bank Of Baku

Yəmən sahillərində daha bir yük gəmisi raketlə vurulub

Yəmən sahillərində daha bir yük gəmisi raketlə vurulub
# 16 yanvar 2024 16:44 (UTC +04:00)

“Ambrey” şirkəti Yəmən sahillərində yük gəmisinin raketlə vurulduğunu bildirib.

APA TASS-a istinadən xəbər verir ki, Yəmən sahillərində Malta bayrağı altında üzən “Zoqarafiya” yük gəmisi hücuma məruz qalıb.

Dəniz təhlükəsizliyi məsələləri üzrə ixtisaslaşmış “Ambrey” şirkətinin məlumatına görə, raketlə vurulan gəmi cüzi ziyan görüb. Gəmiyə hücum barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) də məlumat verib.

"UKMTO Yəmənin Salif limanından təxminən 100 dəniz mili şimal-qərbində baş verən insident barədə məlumat alıb", - mərkəz bildirib.

Ambreyin sözlərinə görə, gəmi Yəmən limanından 76 dəniz mili şimal-qərbdə olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR