İsrail ordusu bu gün səhər tezdən Yəməndən İsrailin mərkəzinə atılan raketin havada parçalandığını bildirir.
APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bu səhər, bazar günü, yerli vaxtla saat 06:21-də Yəməndən İsrail ərazisinə “yer-yer” tipli raket buraxılıb. Yoxlamalar göstərir ki, raket çox güman ki, havada parçalanıb”, - məlumatda deyilir.
Bundan başqa, əlavə edib ki, İsrailin hava hücumundan müdafiə qüvvələri bu raketi ələ keçirmək üçün bir neçə dəfə cəhd edib, onların nəticələri indi yoxlanılır.