Səbuhi Məmmədlinin “Azərbaycandan Apenninə: faktlar, sənədlər, talelər” kitabı işıq üzü görüb - FOTO

Səbuhi Məmmədlinin “Azərbaycandan Apenninə: faktlar, sənədlər, talelər” kitabı işıq üzü görüb - <span style="color: red;">FOTO
# 07 aprel 2015 13:16 (UTC +04:00)

Bakı - APA. Tanınmış jurnalist, Lent.az İnformasiya Agentliyinin redaktoru Səbuhi Məmmədlinin “Azərbaycandan Apenninə: faktlar, sənədlər, talelər” kitabı işıq üzü görüb. APA-nın məlumatına görə, kitab 2-ci dünya müharibəsi zamanı İtaliyada vuruşmuş və adları ictimaiyyətə məlum olmayan azərbaycanlı partizanların taleyindən bəhs edir.


İtaliyada müxtəlif mənbələrdə araşdırmalar aparmış müəllifin kitabında müxtəlif insan taleləri, azərbaycanlı partizanlarla bağlı sənədlər və fotolar, xatirələr toplanıb. Bundan başqa, adı ilk dəfə ictimaiyyətə bəlli olacaq qəhrəman həmyerlilərimiz barədə məlumatlar yer alıb.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çap olunub. Hazırda müəllifin dünyanın qaynar nöqtələrindən hazırladığı və “Lent.az”-da yayınlanmış reportajlarından ibarət “Səfər dəftəri” kitabı da çapa hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR