Ordu generalı İlkər Başbuğ Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub

Ordu generalı İlkər Başbuğ Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub
# 04 avqust 2008 09:00 (UTC +04:00)
Jandarma Qüvvələrinin komandanı, ordu generalı İşıq Koşanər isə Quru Qüvvələrinin komandanı olub. İ. Başbuğun səlahiyyət müddəti başa çatdıqdan sonra növbəti Baş Qərargah rəisi məhz İ. Koşanər olacaq. Jandarma Qüvvələrində komandanlığı Quru Qüvvələrinin qərargah rəisi, ordu generalı Atilla İşıq qəbul edib. Baş Qərargah rəisinin müavini Ərgin Sayqun 1-ci ordunun komandanı, 2-ci ordunun komandanı Həsən İğsız isə Baş Qərargah rəisinin müavini olub. Hərbi Hava Qüvvələrinin komandanı Aydoğan Babaoğlu və Hərbi Dəniz Qüvvələrinin komandanı Mətin Ataç vəzifələrində qalıblar.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yeni rəisi, ordu generalı İlkər Başbuğ 1943-cü ildə Türkiyənin Afyon rayonunda dünyaya gəlib. Türk ordusunda və NATO-nun Brüssel və Mons şəhərlərindəki qərargahlarında müxtəlif vəzifələrdə çalışıb. Evlidir, 2 övladı var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR