Bank Of Baku

Şarl Aznavur Ermənistanın İsveçrədəki səfiri olmağa razılıq verib

Şarl Aznavur Ermənistanın İsveçrədəki səfiri olmağa razılıq verib
# 13 fevral 2009 10:07 (UTC +04:00)
İrəvan – APA. Fransanın tanınmış sənətçisi, erməni əsilli Şarl Aznavur Ermənistanın İsveçrədəki səfiri olmağa razılıq verib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, sənətçi Ermənistan Milli Televiziyasına müsahibəsində yekun qərarını açıqlayıb: “Əvvəlcə mən tərəddüd edirdim, çünki bu, çətin işdir. Ancaq sonradan düşündüm ki, Ermənistan üçün önəmli olan nə varsa, bizim hamımız üçün önəmlidir. Mən təklifi sevinc, dərin ehtiram və məmnunluqla qəbul etdim”. Xatırladaq ki, Ş. Aznavur bu yaxınlarda İspaniyanın “El Pais” qəzetinə müsahibəsində sərbəstliyini itirməmək üçün səfir vəzifəsini qəbul etməyəcəyini bildirmişdi.

Əsl adı Şanur Varinaq Aznavuryan olan fransalı sənətçi 1000-ə yaxın musiqi bəstələyib və ifa edib, 60 filmdə çəkilib. Onun 100 milyondan çox diski satılıb. Hazırda İsveçrədə yaşayır. 2008-ci ilin dekabrında Ermənistan vətəndaşlığına keçib. Ermənistanın Milli Qəhrəmanıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR