Bank Of Baku

İbrahim Şahin: “Azərbaycan Daxili İşlər Nazirliyinin dəvəti ilə Bakıya getmişdim”

İbrahim Şahin: “Azərbaycan Daxili İşlər Nazirliyinin dəvəti ilə Bakıya getmişdim”
# 13 fevral 2009 12:15 (UTC +04:00)
İstanbul – APA. Terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində həbs olunmuş Türkiyə Əmniyyət Müdirliyi Özəl Hərəkat (xüsusi əməliyyatlar) İdarəsinin sabiq rəisi əvəzi İbrahim Şahinin prokurora verdiyi ifadələr açıqlanıb. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, prokuror Zəkəriyyə Öz tərəfindən dindirilən İ. Şahin evindən tapılan və üzərində S-1 yazılmış qovluqdakı sənədlər haqqında ifadə verib. O, Baş Qərargahın ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general Mətin Gürakın təlimatı ilə əsgər və polislərdən ibarət S-1 adlı gizli təşkilat qurmaq üçün hərəkətə keçdiyini bildirib: “Terrorla mübarizə məqsədilə yeni qrup yaradılacağını, bu qrupa mənim rəhbərlik edə biləcəyimi, bu səbəblə 300 nəfərlik siyahı hazırlamağımı istədilər”. Prokuror Z. Öz İ. Şahinə müxtəlif şəxslərlə telefon danışıqları barədə suallar yönəldib. İ. Şahin telefon danışıqlarında Türkiyədə “daxili təmizlik” aparacaqlarını söyləyir. O, Kayseridə yerləşən hava-desant diviziyasında çalışan və hazırda həbsdə olan Fatma Çingiz adlı şəxsə telefonla Sivasdakı erməni icmasının lideri olan Minas Duran Gülərlə bağlı “erməni öldürülməlidir” mesajını göndərib. Prokurorun “telefon danışıqlarınızda ələvi dərnəklərinin silahlandığı, bu şəxslərin erməni olduğuna dair məlumatları hansı məqsədlə toplayırdınız? Demokratik Toplum Partiyasında 580 erməni, yəhudi və süryani olduğunu, onların siyahısını istədiyinizi söyləyirsiniz. Bu siyahını nə məqsədlə istəyirdiniz?” sualını cavablandıran İ. Şahin “əməliyyat aparacaqdıq”, deyib.
İ. Şahinə 1995-ci ildə Azərbaycanda baş vermiş dövlət çevrilişi cəhdi haqqında da sual verilib. O, Azərbaycan Daxili İşlər Nazirliyinin dəvəti ilə Bakıya getdiyini söyləyib: “Azərilərə “Qarabağın xilas edilməsi üçün Türkiyəyə 150 nəfərlik qrup göndərin, onlara təlim verim” dedim. Ancaq nazir “bu qədər olmaz, 10 nəfər göndərək” deyə cavab verdi. Sonra heç o adamları da göndərmədilər. Mənim də bunlarla bir daha əlaqəm olmadı”.

Qeyd edək ki, İ. Şahinin evində aparılan axtarış zamanı götürülən qovluqlarda müxtəlif sənədlər aşkarlanıb. “Üzr istəyənlər” başlıqlı qovluqda 1915-ci il hadisələrinə görə ermənilərdən üzr istəyən 300-ə yaxın ziyalının adı var. “Ümumi siyahı – Aqos, Keşiş, Müəllim, Soyqırım, AKP” adlı qovluqda Türkiyə parlamentinin sabiq sədri Hikmət Çətin, nurçuların lideri Fətullah Gülən, Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Mehmet Şandır, Milli İstihbarat (kəşfiyyat) Təşkilatının antiterror idarəsinin keçmiş rəisi Mehmet Eymür, sənətçi Əhməd Qaya, tarixçi Tanər Akçam və digər şəxslərin erməni olduğuna dair kəşfiyyat məlumatları yer alıb. “Milli təhlükəsizliyə xəyanət edənlər” adlı qovluqda yazıçı Orxan Pamuk, ermənilərdən üzr istəyən ziyalılar, İstanbul yunan patriarxlığının patriarxı Varfolomey, süryani katolik icmasının lideri Yusuf Sağ, Vatikanın Türkiyədəki sabiq təmsilçisi Corc Maroviçin adları yazılıb.
Onu da əlavə edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İbrahim Şahinə terrorla mübarizə məqsədilə hər hansı təlimat verilmədiyini açıqlayaraq 700 minlik ordunun 300 nəfərlik qrupa ehtiyac duymasını gülünc adlandırıb. İ. Şahinin ifadəsini dərc etmiş “Radikal” qəzetinin Baş Qərargahdakı akkreditasiyası ləğv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR