Bank Of Baku

Azərbaycanlı Kamil Arslan yenidən İğdır Ticarət və Sənaye Palatasının sədri seçilib

Azərbaycanlı Kamil Arslan yenidən İğdır Ticarət və Sənaye Palatasının sədri seçilib
# 13 fevral 2009 12:27 (UTC +04:00)
İğdır. Vüqar Məsimoğlu-APA. İğdır Ticarət və Sənaye Palatasının sədri postuna seçkilərdə milliyyətcə azərbaycanlı olan, iş adamı Kamil Arslan qalib gəlib. APA-nın məlumatına görə, sədrlik uğrunda mübarizə Kamil Arslanla iş adamı Təyyar Oral arasında gedib. Kamil Arslanın siyahısı üzrə seçkilərə qatılan namizədlərin hamısı İğdır Ticarət və Sənaye Palatasına daxil olan 9 quruma keçirilən seçkilərdə qalib gəliblər. Seçkilərin nəticələri ilə bağlı açıqlama verən Kamil Arslan bildirib ki, təmsil etdiyi qurumun fəaliyyətində əsas prinsipi İğdırın çiçəklənməsinə yönəlik layihələr həyata keçiriləcək. Qeyd edək ki, Kamil Arslan İğdırla Azərbaycan arasında iqtisadi əməkdaşlığın ən yüksək səviyyəyə qaldırılmasının tərəfdarlarından biridir. O həmçinin Ermənistanla ticarət əlaqələrinin qurulmasına qarşı çıxan iş adamlarındandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR