Bank Of Baku

Atlantik okeanında nüvə başlıqlı raketlər daşıyan iki atom sualtı qayığı toqquşub

Atlantik okeanında nüvə başlıqlı raketlər daşıyan iki atom sualtı qayığı toqquşub
# 16 fevral 2009 08:51 (UTC +04:00)
London – APA. Fevral ayının əvvəllərində Atlantik okeanında arsenalında nüvə başlıqlı raketlər olan iki atom sualtı qayığı toqquşub. APA-nın məlumatına görə, bu sensasion olay barədə xəbəri Böyük Britaniyanın “The Sun” qəzeti yayıb. Böyük Britaniyanın “Vanguard” və Fransanın “Le Triomphant” qayıqlarının toqquşması nəticəsində radiasiya sızıntısı olmayıb. İnsident fevralın 3-də və ya 4-də Atlantik okeanının açıq sularında baş verib. Gəmilərdə 241 dənizçi olsa da, onların heç biri zərər çəkməyib. Qəzetə məlumat verən mənbə deyib: “Nüvə partlayışı olmasa da, radioaktiv sızıntı baş verə bilərdi. Ən pis halda biz ekipajı və döyüş başlıqlarını itirə bilərdik. Bu, milli fəlakət olardı”.
Hadisədən sonra korpusunda zədələnmə olan “Vanguard” atom sualtı qayığı başqa bir qayıq vasitəsilə Şotlandiyadakı Faslane hərbi-dəniz bazasına aparılıb. Hidroakustik sistemi zədələnən “Le Triomphant” isə Fransanın qərbindəki Brest limanına gedib. Hər iki qayığın uzunluğu 150 metr, diametri isə 13 metrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR