Antalyada külli miqdarda partlayıcı maddə tapılıb

Antalyada külli miqdarda partlayıcı maddə tapılıb
# 17 fevral 2009 16:02 (UTC +04:00)
Antalya – APA. Türkiyənin Antalya bölgəsinin Manavqat qəsəbəsi ərazisindəki meşəlikdə külli miqdarda partlayıcı maddə tapılıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, daxil olan siqnal əsasında Sorqun meşəsinə gedən jandarma ərazidə qazıntı aparıb. Qazıntı nəticəsində 2 metr dərinlikdən 120 kilo A-4 və C-4 partlayıcı maddələri aşkarlanıb. Bu partlayıcılarla Manavqatın 110 minlik əhalisini tamamilə məhv etmək mümkündür.

Qeyd edək ki, ağ rəngli qoxusuz maddə olan A-4 partladıqda 3 min dərəcə istilik və şiddətli təzyiq dalğası yaradır. 200 qram A-4 beşmərtəbəli binanı tam dağıtmaq üçün kifayət edir. Eyni məqsəd üçün 800 qram C-4 də yetərlidir. Bu partlayıcılardan adətən PKK terror təşkilatı istifadə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR