Türkiyə baş nazirinin vertolyotu əlverişsiz hava şəraiti ucbatından yerə enə bilməyib
24 fevral 2009 12:04 (UTC +04:00)
Ankara – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın vertolyotu əlverişsiz hava şəraiti ucbatından Yozqat şəhərinə enə bilməyib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti seçki mitinqinə qatılmaq üçün bu gün Ankaradan Yozqata yola düşən R. T. Ərdoğanın vertolyotu güclü qar yağması və görüntü səviyyəsinin azalması ilə bağlı qonşu Çorum şəhərində jandarmaya məxsus vertolyot meydançasına enməyə məcbur olub. Baş nazir buradan avtomobillə Yozqata gedib.
Avropa
KİV: Hakerlər Böyük Britaniya Müdafiə Nazirliyinin serverlərini qırıblar
01:21
7 may 2024
Şolts: “Fövqəladə vəziyyətdə 35 min əsgər müttəfiqlərə kömək etməyə hazırdır”
22:56
6 may 2024
İtaliya XİN: Roma Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya silah göndərmir
21:39
6 may 2024
Makron: “Fransa Rusiya ilə müharibə aparmır”
21:06
6 may 2024