Avropa İttifaqı Şərqi Avropa ölkələrinin iqtisadi böhrandan çıxarılmasına dair ümumi plan hazırlamaqdan imtina edib
02 mart 2009 07:03 (UTC +04:00)
APA-nın məlumatına görə, bu qərar Avropa İttifaqına üzv ölkələrin iqtisadi böhrana həsr olunmuş növbədənkənar sammitində qəbul olunub. Avropa İttifaqına sədrlik edən Çexiyanın baş naziri Mirek Topolanek bildirib ki, bu ölkələr qlobal dəstək proqramına ehtiyac duymurlar, çünki hər ölkənin öz spesifik problemi var: “Avropa İttifaqı öz üzvlərini tək qoymayacaq və ilk müraciət əsasında həmin ölkələrə dərhal yardım eləməyə hazırıq”. Qeyd edək ki, Avropa İttifaqının 18-19 martda keçiriləcək Brüssel sammitində iqtisadi böhranın nəticələrinin aradan qaldırılması istiqamətində görüləcək işlərin prinsiplərini müəyyənləşdirəcəklər.
Avropa
Stokholmda yenə Quran yandırılıb
13:05
28 aprel 2024
Almaniya Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxır
11:49
28 aprel 2024
Ukraynada 2,5 mindən çox qumar oyunları saytı bloklanıb
09:22
28 aprel 2024
Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq
07:42
28 aprel 2024