Türkiyə Milliyyətçi Hərəkat Partiyası ilk dəfə olaraq seçkilərdə bir ermənini namizəd göstərib
03 mart 2009 08:28 (UTC +04:00)
İstanbul – APA. Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) ilk dəfə olaraq seçkilərdə bir ermənini namizəd göstərib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, MHP Haço Keleş adlı ölkə vətəndaşını İstanbulun Bakırköy rayon bələdiyyəsinin üzvlüyünə namizəd irəli sürüb. H. Keleş özlərini milli azlıqdan daha çox Türkiyə vətəndaşı kimi gördüklərini deyib: “MHP-dən təklif gəldikdə bunu icmamızı ifadə etməyin yolu və mədəniyyətlərarası dialoqda rol oynamaq baxımından müsbət bir addım olaraq qiymətləndirərək qəbul etdim”. MHP-nin Bakırköy bələdiyyəsinin sədrliyinə namizədi Əsra Bicik isə partiyasının milli azlıqlarla bağlı mövqeyinin hər kəsə aydın olduğunu bildirib: “Dilindən, dinindən, irqindən asılı olmayaraq Türkiyədə yaşayan hər kəs bərabər hüquqlara malikdir. Artıq acılarımızı deyil, sevinclərimizi bölüşəcəyimiz bir Türkiyə yaratmaq üçün birlikdə hərəkət etməliyik”.
Xatırladaq ki, bələdiyyə seçkiləri martın 29-da keçiriləcək.
Xatırladaq ki, bələdiyyə seçkiləri martın 29-da keçiriləcək.
Avropa
Madriddə doqquzuncu dəfə "Ölməz alay" aksiyası keçirilib
04:56
6 may 2024
Berlində “Diehl” müdafiə konserninin binasında baş verən yanğın 3 gündür davam edir
03:45
6 may 2024
Almaniya Ukraynaya artilleriya mərmiləri verəcək
03:15
6 may 2024
Almaniyada futbol matçı zamanı iğtişaş baş verib, 155 polis xəsarət alıb
20:58
5 may 2024